7 C
Baku
Thursday, December 12, 2024

Dövlət Vergi Xidməti proqnozdan 1 mlrd. manat daha artıq pul yığıb

2021-ci ilin doqquz ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard 354.4 milyon manat vəsait daxil olub.

Bu barədə Banker.az-a Maliyyə Nazirliyindən bildirilir.

Bu da proqnoza nisbətən 1 milyard 066.7 milyon manat və ya 20.2 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 681.6 mln. manat  və ya 12,0 faiz çoxdur.

Həmin vəsaitin 73.9 faizi və yaxud 4 milyard 692.8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 442.8 mln. manat və ya 10.4 faiz çox olmuşdur.

Son xəbərlər
Digər xəbərlər