8 C
Baku
Thursday, December 12, 2024

Dövlət Vergi Xidməti “Sezgin İnşaat”ın sahibinin ölkədən çıxışına “stop” qoyulmasını istəyir

“Sezgin İnşaat” MMC-nin təsisçisi Halil İbrahim Karacelik-in ölkədən çıxışına qadağa qoyulur.

Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşə Bakı Kommersiya Məhkəməsində Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

İşin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdan (xüsusi icraat) ibarətdir.

Onu da qeyd edək ki, 29.02.2024-cü il tarixinə olan məlumata əsasən, şirkətin  manat 9264.92 vergi borcu var. Azərbaycanda 2018-ci ildə dövlət qeydiyyatına alınıb.

Son xəbərlər
Digər xəbərlər