1 C
Baku
Saturday, December 14, 2024

Dövlət Vergi Xidməti vəzifəli şəxsləri üçün 821 min manatlıq xüsusi geyim forması alır

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Evim Tekstil” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Dövlət Vergi Xidmətinin tanınma nişanları, vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanlarının satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 820 min 503 manatdır.

Qeyd edək ki, “Evim Tekstil” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Rizvan Təhməzovdur.

Son xəbərlər
Digər xəbərlər