-3 C
Baku
Sunday, December 15, 2024

Dövlət Vergi Xidmətinin əməkdaşları maaşlarının 3 misli qədər mükafat alacaq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti orqanlarının vəzifəli şəxslərinin mükafatlandırılması məqsədi ilə aylıq vəzifə maaşlarının 3 misli qədər əlavə vəsait ödəniləcək.

Bu, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklə bağlı qanun layihəsində əksini tapıb.

Yenilənəcək əsasnaməyə əsasən, bu məqsədlə, hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlar üçün vəsait nəzərə alınacaq.

Bundan başqa, vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavə ödəniləcək. Əlavələrin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər