5 C
Baku
Saturday, December 14, 2024

Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlanıb

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 1,9 milyard manatı ötüb.

Ümumilikdə bu günə qədər fond 35 416 borcalana 1 900 902 211 manat məbləğində ipoteka krediti verib.

2021-ci ilin əvvəlindən bu günə qədər isə fond tərəfindən 3 954 borcalana 260 791 000 manat civarında ipoteka krediti verilib.

Vətəndaşlar 2020-ci ilin mart ayından etibarən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi üzrə müraciət etməyə başlayıb və bu günə qədər ümumi 991 mənzil satmaq öhdəliyi ilə kirayəçilərin istifadəsinə verilib.

Təkcə 2021-ci ilə nəzər saldıqda isə ilin əvvəlindən bu günə qədər dövlət xətti ilə kirayəçilərə satmaq öhdəliyi ilə 578 mənzil təqdim edilib.

Fondun məlumatında qeyd edilib ki, zəmanət və subsidiya mexanizmi ilə 233 278 000 manat məbləğində kredit maliyyələşdirilib.

Son xəbərlər
Digər xəbərlər