Dövlət xəzinəsi 30 mln. manat borclanır – Hərrac keçirildi

9 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106022947 ISIN-li, 30 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirlib.

Hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 89.6842 AZN (9%) və 98.6345 (5.4999%%) manat olan 28 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.2593 (6.3899%) manat, orta ölçülmüş qiyməti 97.3489 (5.9784%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 108,278,300.00 manat, yerləşdirilmiş həcmi isə 39,500,400 manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi 5 avqust 2025-ci il.

Hərrac iştirakçıları 10 avqust 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər