13 C
Baku
Thursday, May 16, 2024

Dövlət xəzinəsi bir günə fond bazarından 150 mln. manat borclandı

29 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0104002974 ISIN-li, 100 milyon manat həcmində, 1 il (364 gün) tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Beləliklə, dövlət istiqrazlarının gəlirliliyi son həftə 4.25%-dən 4.37%-ə yüksəlib.

Hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 90.9544 (10%) manat və 96.1639 (4.0111%) manat olan 29 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.7164 (4.4999%) manat, orta ölçülmüş qiyməti isə 95.8351 (4.3698%) manat olaraq müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 466,396,300.00 manat, yerləşdirilmiş həcmi isə 150,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 28.11.2023-cü ildir.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər