17 C
Baku
Friday, May 3, 2024

Dövlət xəzinəsi daxili bazardan ümumilikdə ₼250 milyonluq borc cəlb edib

19 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Maliyyə Nazirliyinin AZ0101030119 ISIN-li, 1 illik 150 milyon manat həcmində və 2 illik 100 mln. manat həcmində, dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə banker.az-a BFB-dən bildirilir.

1 illik. Hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 92.5449(8.1%) manat və 94.5730 (5.77%) manat olan 67 sifariş təqdim edilmişdir. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.3689 (5.9999%) manat, orta ölçülmüş qiyməti isə 94.3713 (5.9972%) manat olaraq müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 350,985,100 manat, yerləşdirilmiş həcmi isə 161,913,400 manat təşkil edib.

2 illik. Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 92.9072(9.7383%) manat və 99.3317 (6.11%) manat olan 34 sifariş təqdim edilmişdir. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.3317 (6.11%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 166,410,100 manat, yerləşdirilmiş həcmi isə 100,672,700 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 16.12.2025-ci ildir

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər