9 C
Baku
Thursday, December 12, 2024

Dövlət xəzinəsinin borclanması 2.5 dəfə artır: Bu ilin 3 rübü öncəki ilin 4 rübünü üstələyir

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xətti ilə dövlət xəzinəsinin illik borclanma həcmi 1.3 mlrd manatı ötüb.

Banker.az bu barədə Bakı Fond Birjasının 2021-ci ilin 3-cü rübü üzrə statistik rəqəmlərinə istinad edir.

İlin yanvar-sentyabr ayları ərzində 1 milyard 326.49 milyon manatlıq dövlət xəzinəsi borclanmış, yəni illik faiz ödənişli dövlət istiqrazları emissiya edilmişdir. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2.5% artmışdır.

Öncəki ilin bu dövründə 527.02 milyon manatlıq cəmi istiqraz emissiya edilmişdi. Hətta bir rəqəmi də xatırladaraq bildiririk ki, 2020-ci il üzrə cəmi 1 milyard 163.19 milyon manat həcmində dövlət istiqrazı emissiya edilmişdi.

 

Son xəbərlər
Digər xəbərlər