11 C
Baku
Saturday, November 16, 2024

Dövlət Xidməti iki kolbasa istehsalçısına iş qaldırıb – Səbəb?

Azərbaycanda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə iki kolbasa şirkəti barəsində iş qaldırılır.

Bu barədə Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir.

Belə ki, iki kolbasa istehsalçısı olan “HALAL PAYIM” MMC“AY-MİN” MMC barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətlər aşkar edilib.

Bildirilir ki, Dövlət Xidməti tərəfindən qaldırılan işdə kolbasa sosiska istehsalı sahəsində haqsız rəqabət qanunvericiliyinə əməl olunması ilə bağlı aparılmış araşdırılmalar zamanı müəyyən edilmiş qanunpozuntusunun araşdırılması nəzərdə tutulur.

“Halal Payım” MMC 2022-ci ildə yaradılıb, 2 655 650 manat nizamnamə kapitalı var. Şirkətin qanuni təmsilçisi Elşən Abdullayev Telman oğludur.

“AY-MİN” MMC də kolbasa və sosiska istehsalçısıdır. 2001-ci ildə təsis edilib. Şirkətin rəhbəri Vüqar Əmrullayev Fazil oğludur. Qida Təhlükəsizliyi Agentliyi 2021-ci ildə məhsullarının istehsalına qadağa qoymuşdu. Ətraflı

“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzasları ilə bağlı maddələr istehlakçıların çaşdırılması ilə bağlıdır, bu pozuntulara yol verilməməlidir:

  • əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi;
  • əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi.
Son xəbərlər
Digər xəbərlər