Dövlət satınalmalarında orta iştirakçı sayının artması satınalmalarda sahibkarlıq subyektlərinin iştirak səviyyəsinin yüksəlməsi, bürokratik maneələrin aradan qaldırılması və əlçatanlığın təmin olunmasının göstəricilərindəndir.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
O qeyd edib ki, ötən il ümumi satınalmaların sayı 12 min 483-ə çatıb.
“Bu, 2022-ci illə müqayisədə 3.1 faiz artım deməkdir. 2023-cü ildə dövlət satınalmalarında orta iştirakçı sayı 3.9 təşkil edib. Əldə olunan nəticələr göstərir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yeni qanunvericilik islahatları dövlət satınalmaları sahəsində azad rəqabətin təmin olunması və sahibkarlığın inkişafına töhfə verəcək”, – deyə Məmməd Abbasbəyli vurğulayıb.