10 C
Baku
Thursday, December 12, 2024

Dövlət Xidmətindən kartof və soğanın qiymətindəki artıma dair açıqlama gəldi

“Liberal bazar iqtisadiyyatı şəraitində kartofun, soğanın qiymətləri rəqabət prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır”.

Bu barədə Banker.az-ın kartof və bir sıra əsas istehlak səbətinə daxil olan tərəvəzlərin qiymətindəki kəskin artıma dair sorğusuna Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinən cavab olaraq bildirilib.

Dövlət Xidməti deyir ki, istehlakda olan kartof və soğanın bazar payının əksər hissərini fərdi təsərrüfatların təşkil etdiyi səbəbdən həmin məhsullar üzrə bazarda əsassız qiymət artımına yol verilməklə rəqabət mühitinin pozulması riskləri aşağıdır. Əlavə olaraq, kartof və soğanin qiyməti mövsümdən asılı olaraq dəyişə bilər.

Lakin buna baxmayarq, Dövlət Xidməti KİV-lərdə yayımlanan məlumatlar əsasında ərzaq məhsulları bazarında bu məhsul seqmentlərinin araşdırmasına başlayıb. Araşdırmalar nəticəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulan ciddi tədbirlər görüləcəkdir.

Ümumiyyətlə istehlak bazarında əsas istehlak mallarının, o cümlədən kartof və soğanın qiymət manipulyasiyalarına yol verilməməsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müvafiq tədbirlər həyata keçirir. Belə ki, ərzaq məhsulları bazarında əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi monitorinqlər aparılır. Monitorinqlərin nəticəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar olduqda, Dövlət Xidməti tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq tədbirlər görülür.

Qeyd edək ki, bəzi supermarketlərdə karofun kq-nın qiyməti 1 manatdan 1.70 manata kimi artıb.

Son xəbərlər
Digər xəbərlər