1 C
Baku
Saturday, December 14, 2024

Dövlətin 1 illik istiqrazlarının gəlirliliyi artaraq 7%-i keçib

6 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0101060025 ISIN-li, 90 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Banker.az-a BFB-dən məlumat daxil olub.

Hərrac zamanı 20 investor tərəfindən qiymət intervalı 92.3072 (8.3798%) manat və 93.8579 (6.58%) manat olan 36 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.2833 (7.2399%) manat, orta ölçülmüş qiyməti isə 93.4505 (7.0471%) manat olaraq müəyyən edilmişdir. Sonuncu hərrac 15 yanvarda keçirilib və orta gəlirlilik 6.78% təşkil etmişdi.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 151.74 mln. manat, yerləşdirilmiş həcmi isə 90 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 04.02.2025-ci ildir.

Qeyd:Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər