7 C
Baku
Sunday, December 15, 2024

Dövlətin 14 maşını 650 manatdan başlayaraq satıldı – Siyahı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə hərracların təşkil olunması davam etdirilir. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən növbəti hərracda 1 yarımçıq tikili, 14 nəqliyyat vasitəsi özəlləşdirilib. Dövlət əmlaklarına ümumilikdə 40 sifariş qəbul olunub ki, bunun 11-i elektron qaydada həyata keçirilib.

Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq böyük olub və hərrac rəqabətli keçib. Belə ki, ilkin satış qiyməti 8.500 “HOWO” markalı yük avtomobilinə edilən ən son təklif 12.000 manatadək yüksəlib. Bundan başqa, “BMW” markalı nəqliyyat vasitəsinin ilkin start qiyməti 2.500 manat olsa da, nəqliyyat vasitəsi 3.650 manata özəlləşdirilib.

Özəlləşdirilən yarımçıq tikili isə İsmayıllı rayonunda yerləşir.

Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 251.200 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3Omt9Tp )

Məlumat üçün bildiririk ki, aprel ayı üzrə daha 2 hərrac keçiriləcək.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.

Balanssaxlayıcı müəssisənin adı Avtonəqliyyat vasitələrinin markası Buraxılış ili Hərraca çıxarılan  ilkin satış qiyməti (manat) Hərracda yekun satış qiyməti (manat) Protokol №-si və tarixi
1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Goranboy Regional şöbəsi ZIL-MMZ-4502 1990 1000 1000 06/22   18.03.2022
2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Ağcabədi Regional şöbəsi Kamaz-5312 1991 4500 4500 06/22   18.03.2022
3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Qaradağ Regional şöbəsi HOWO ST3250C 2008 8500 12000 06/22   18.03.2022
4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Goranboy Regional şöbəsi UAZ-3303-01 1988 700 1350 06/22   18.03.2022
5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı Fiat Doblo 2011 5500 5500 06/22   18.03.2022
6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı Fiat Doblo 2009 5000 5000 06/22   18.03.2022
7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı UAZ 31519 2004 4000 4000 06/22   18.03.2022
8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Goranboy Regional şöbəsi UAZ-3303-01 1988 700 700 06/22   18.03.2022
9 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Qaradağ Regional şöbəsi Kamaz-6520 2008 8500 8500 06/22   18.03.2022
10 Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Toyota Camry 2007 7000 7000 06/22   18.03.2022
11 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Goranboy Regional şöbəsi QAZ-53A 1982 500 650 06/22   18.03.2022
12 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Goranboy Regional şöbəsi BMW 730 2000 2500 3650 06/22   18.03.2022
13 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi VAZ 21060 2000 250 1300 06/22   18.03.2022
14 Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Mitsubishi Attrage 2014 5500 6050 06/22   18.03.2022
Son xəbərlər
Digər xəbərlər