11 yanvar 2022-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
Banker.az xəbər verir ki, hərraca dövlətə məxsus 28 maşın çıxarılır.
Qeyd edək ki, məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.
Bildirək ki, 1-ci sətirdə (lotda) Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.
2-4-cü sətirdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin Gəncə Elektromexanika zavodunun balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
5-8-ci sətirdə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
9-12-ci sətirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
13-14-cü sətirdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
15-16-cı sətirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.
17-19-cu sətirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli təşkilatlarının balansında olan nəqliyyat vasitələri 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır.
20-ci sətirdə “Aqrarkredit” Qapalı Səhmdar Kredit Təşkilatının Bərdə filialının balansında olan nəqliyyat vasitəsi 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır.
21-ci sətirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Abşeron Regional Meşə Təsərrüfatı Mərkəzinin balansında olan nəqliyyat vasitəsinin satışı üzrə keçirilən 30.03.2021-ci il tarixli hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi təkrar hərraca çıxarılır.
22-ci sətirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin balansında olan nəqliyyat vasitəsinin satışı üzrə keçirilən 21.09.2021-ci il tarixli hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi təkrar hərraca çıxarılır.
23-cü sətirdə Göygöl Rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsinin satışı üzrə keçirilən 18.05.2021-ci il tarixli hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi təkrar hərraca çıxarılır.
24-cü sətirdə Beynəlxalq Muğam Mərkəzinin balansında olan nəqliyyat vasitəsinin satışı üzrə keçirilən 14.09.2021-ci il tarixli hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi təkrar hərraca çıxarılır.
25-26-cı sətirdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.
27-28-ci sətirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.