Dövlətin 3 illik istiqrazlarının gəlirliliyi aşağı düşüb

7 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin üç illik Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçirilib.

Banker.az xəbər verir ki, hərracda orta gəlirlilik 7.63 faiz olub. Bu 23 sentyabr 2025-ci il tarixindəki 7.75 faizdən aşağıdır.

İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:

Emitent Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Dövlət istiqrazının növü Kuponlu, ortamüddətli, dövlət istiqrazları
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ0201120042
İstiqrazların tədavül müddəti, 1080 gün
Buraxılış həcmi 20,000,000 manat
Nominal dəyəri 100 manat
Minimal qiymət 92.4470 (10.4999%) manat
Maksimal qiymət 100.5302 (7.3000%) manat
Kəsmə qiyməti 99.2635 (7.7799%) manat
Ortaçəkili qiyməti 99.6679 (7.6259%) manat
Reallaşdırılmış həcmi 19,263,800.00 manat
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) 86,457,800.00 manat
İnvestor sayı 14
Sifarişlərin sayı 31
Ödəmə tarixi 07.10.2028
Anderrayter “PAŞA Kapital İ.Ş.” QSC

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər