Azərbaycanda dövlətə məxsus bank olmayan kredit təşkilatı “Aqrarkredit” QSC ötən il bölüşdürülməmiş mənfəətindən səhmdarlarına, yaxud dövlət büdcəsinə 180 min manat dividend ödəyib.
Bu barədə Banker.az BOKT-un illik audit hesabatına istinadən xəbər verir.
Məlumata görə, BOKT-un 1 yanvar 2022-ci il tarixinə bölüşdürülməmiş mənfəəti 2.77 mln. manat təşkil edir. Belə ki, ötən il kredit təşkilatı 1.19 mln. manat xalis mənfəət əldə edib.
2020-ci ildə isə BOKT dövlət büdcəsinə 170 min manat dividend ödəmişdi.
Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22.67 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur.