Dağ-mədən sənayesində fəaliyyət göstərən yeganə dövlət şirkəti “AzerGold” QSC-si Azərbaycan bazarından 20 milyon ABŞ dolları dəyərində borc pul cəlb etməyi planlayır.
Banker.az bunu “AzerGold”un informasiya prospektinə istinad edir.
Sənəddə qeyd edilib ki, hər biri 100 dollar olan 200 000 ədəd istiqraz buraxacaq. Bu istiqrazlar 3 il müddətinə 6 faiz illik gəlirlik təklif edəcək.
Xatırladaq ki, dövlət şirkəti 2020-ci ilin payızında 10 mln. dollarlıq istiqraz buraxmışdı. İstiqrazların gəlirliliyi 4 faiz idi.