2 C
Baku
Saturday, December 14, 2024

Dövlətin daxildən cəlb etdiyi borcların illik faizləri qalxıb – Tələb azdır

4 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108027944 ISIN-li, 20 mln. manat həcmində, 5 illik, yaxud 1 820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 84.5565 (10 %) manat və 91.9669 (7.9798%) manat olan 10 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 88.1309 (9 %) manat, orta ölçülmüş qiyməti 89.0106 (8.7613%) manat müəyyən edilib ki, bu da 2021-ci ilin mayından bu tərəfə qeyd alınmış ən yüksək rəqəmdir.

Orta ölçülü faizin yüksəlməsinə səbəb isə hərracda dövlət istiqrazlarına olan tələbin aşağı olmasıdır. Belə ki, sifarişlərin nominal qiymətlə ümumi məbləği 32 749 000 manat, yerləşdirilmiş həcmi isə 14 420 900 manat təşkil edilmişdir. Yuxarıda qeyd edildiyi kimi planda 20 mln. manat cəlbi idi.

5 illik dövlət istiqrazlarının orta illik faiz dərəcəsi son illərdə ən aşağı fevralda – 5.48% olmaqla qeydə alınmışdı.

Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları tədavül müddətinə görə qısamüddətli (1 ay, 3 ay, 6 ay və 1 il), orta müddətli (2 il və 3 il) və uzun müddətli (5 il və daha artıq) ola bilər. Bu dövlət qiymətli kağızları dövlətin daxili borclanma aləti olmaqla, büdcə kəsrinin maliyyələşməsi məqsədi ilə buraxılır. Maliyyə Nazirliyinin istiqrazları üzrə hüquqi və fiziki şəxslər, rezident və qeyri-rezidentlər alıcı qismində çıxış edə bilərlər.

Yeri gəlmişkən, hökumət fond bazarından borc cəlbini 30% azaldıb. İlin ilk üç rübü ərzində cəmi 326.49 milyon manatlıq ilkin istiqraz buraxılmışdı.

İstiqrazların ödəmə tarixi 28 sentyabr 2027-ci ildir.

Hərrac iştirakçıları 5 oktyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər