21 C
Baku
Wednesday, October 29, 2025

Dövlətin xarici borcu $5 mlrd.-dan aşağı düşüb

Azərbaycanın 01 oktyabr 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 4 milyard 893,1 milyon ABŞ dolları olub.

Banker.az bunu Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir.

Bu da 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,4 faizini təşkil etmişdir. 2025-ci ilin 01 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 236,6 milyon ABŞ dolları məbləğində azalmışdır.

01 oktyabr 2025-ci il tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 85,3 faiz, avro – 6,3 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4 faiz, yapon yeni – 3,3 faiz, digər valyutalar – 1,7 faiz.

2025-ci ilin 01 oktyabr tarixinə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 81,5 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 16,6 dəfə üstələyir.

2025-ci ilin 01 oktyabr tarixinə dövlət büdcəsinin borca xidmət xərcləri hesabına xarici borclar üzrə 435,8 milyon ABŞ dolları məbləğində əsas borc, 191,8 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilmişdir

 

Son xəbərlər
Digər xəbərlər