Bank sistemi üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 163 min ədəd artaraq 12 milyon 772 min ədəd təşkil edib. Banker.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.5% artıb.
AMB-nin hesabatına əsasən, ödəniş kartlarında artım debet kartları üzrə 21.6%, kredit kartları üzrə 28.5% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 107 min, kredit kartları 371 min, digər kartlar isə 1.8 mln. ədəd artıb.