10 C
Baku
Wednesday, December 11, 2024

Dövrümüzün ən yeni banknotları

Yaxın zaman ərzində yenilərək dövriyyəyə buraxılan, eyni zamanda gələcək 2 il ərzində qarşılayacağımız yeni banknotları ilə tanış olaq.

Rusiya — 200 və 2000 rubl

Aprel ayında Rusiya bankı 200 və 2000 rubl nominalında yeni banknotların buraxılacağını elan etdi. Elvira Nabiullina bu qərarı ölkədə həyata keçirilən ödənişlərin böyük hissəsinin 100 və 500, 1000 və 5000 rubl çərçivəsində edildiyi ilə izah etdi. Yeni banknotlar rusların ödəniş prosesini əhəmiyyətli dərəcədə asanlaşdırmalıdır. Banknotların yekun dizaynı isə 2017-ci ildə təyin ediləcək və pullar 2018-ci ildə dövriyyəyə buraxılacaq.

Böyük Britaniya — plastmass 5 və 10 funt sterlinq

Dumanlı Albionda ekologiya məsələləri ilə ciddi məşğul olmaq və ənənəvi kağız pulları analoji plastmass banknotlar ilə əvəz etmək qərarına gəlindi. Bu pullar uzun müddət istifadə edilməyə imkan verəcək və onları saxtalaşdırmaq çətindir. Bu iki müsbət cəhətə baxmayaraq, ölkənin bank və mağazaları özlərinə plastik pulları genişləndirmək imkanı vermək üçün xeyli vəsait sərf etməlidirlər. Əsas olaraq isə, bankomat və avtomatların yenidən qurulması üçün işə mühəndislərin cəlb edilməsi lazımdır.

Bununla yanaşı, yeni banknotlar ölkə büdcəsinin qənaət etməsinə səbəb ola bilər. Bu pullar kağız pullardan baha olsa da, 2,5 dəfə artıq uzun müddət istifadəyə yararlıdır. Həmçinin nəmişlik və çirkin təsirinə məruz qalmır.

İsveç — yeni kronlar

1 oktyabr 2015-ci ildən etibarən İsveçdə 20, 50 və 1000 kron nominalında olan banknotlardan istifadə etmək mümkün oldu. Həmçinin isveçlərin yeni banknotu – 200 kron peyda oldu. Yeni pulların əsas hissəsində İsveçin XX əsrdə yaşamış incəsənət xadimləri təsvir edilib.

Ukrayna — yeni 500 qrivna

Aprel ayında Ukrayna Milli bankı dövriyyəyə təhlükəsizlik tədbiri artırılmış yeni 500 qrivna banknotunu buraxdı. Yeni banknotun buraxılmasında əsas məqsəd milli dövriyyənin yaxşılaşdırılması və dövriyyədən köhnəlmiş pulların yığışdırılması planının həyata keçirilməsi idi.

Maraqlıdır ki, banknotların hazırlandığı kağıza ölkədə istehsal edilən kətan əlavə edildi. Əvvəllər Ukrayna banknotlarına xaricdən idxal edilən pambıq qatılırdı.

Qazaxıstan — 20 000 tenge

1 dekabr 2015-ci ildən etibarən Qazaxıstanda dövriyyəyə 20 000 tenge nominalında olan banknot buraxıldı. Bu banknot 2013-cü ildə yaradılmasına baxmayaraq, dövriyyəyə məhz olaraq 2015-ci ildə, Qazaxıstan Respublikasının ilk prezidentinin doğum günündə buraxıldı.

Boliviya — yeni banknot partiyası

Boliviya Mərkəzi bankı yeni banknotların çap edilməsi üçün beynəlxalq müsabiqə hərracı təşkil edib. Yeni buraxılacaq olan banknotlara isə 10, 20, 50, 100, 200 və 500 boliviano daxildir ki, bu pulların da dövriyyəyə buraxılması 2018-ci il üçün planlaşdırılıb və ölkədə mövcud olan bütün pulları yeniləyəcək.

Yeni pullar Boliviyaya pul nişanlarında təhlükəsizlik tədbirlərinin artırılması, həmçinin artıq 30 ildən çoxdur dövriyyədə köhnəlmiş pulları yeniləmək üçün lazımdır.

 

Son xəbərlər
Digər xəbərlər