2 biznesmen görüşür:
– Mənim fərsiz dostumu işə götür!
– Problem yoxdur..! Hər gün 1 saatlıq ofisə gəlir, kompüterdə oyun oynayar, mən də ona 3000 AZN maaş verərəm.
– Yox, belə olmaz, mən istəyirəm ki, o işləsin!
– Yaxşı, qoy yarım günlük gəlsin, xəbərlərə baxsın, kofe içsin… Ona 2000 AZN maaş verərəm.
– Yoox! Mən istəyirəm ki, o gün ərzində 10 saat işləsin və qarşılığında 200-300 AZN maaş alsın…
– Bağışla dostum, bacarmaram… bunun üçün ali təhsil lazımdır!
Comments are closed.