7 C
Baku
Thursday, December 12, 2024

Dow Jones indeksi haqqında maraqlı faktlar

Dow Jones mövcud olan amerikan bazar indeksləri arasında ən qədimisidir. O, Amerikanın fond bazarlarında sənayenin inkişafını izləmək məqsədi ilə yaradılmışdır.

Amerikalı jurnalist Çarlz Henri Dou bu əmsalı 1896-cı il mayın 26-da bazar tendensiyalarının araşdırılması prosesinin gedişində düşünüb tapmışdır. Bu da indeksin adındakı “Dow ” sözünü izah edir, bəs “Jones” kəlməsi haradan gəlmişdir? Cənab Dounun biznes ortağının adı Cons idi. Onlar bir yerdə Dow Jones & Ко kompaniyasının əsasını qoydular. Jurnalistlər bazar dəyişikliklərini izləyir və nəticələri Wall Street Journal-da dərc edirdilər.

Maraqlıdır ki, Dow Jones “mavi fişka” indeksi də adlandırırlar, bu termin kazino mühitindən irəli gəlir belə ki, kazinoda ən bahalı fişkalar məhz mavilərdir, yəni onların nominal dəyəri daha yüksəkdir.

İndeks ABŞ-ın 30 ən nəhəng kompaniyasını əhatə edir. Indi kompaniya təkcə sənaye sahəsi ilə məşğul deyil, yəni o bu mərhələni artıq çoxdan geridə qoymuşdur, hal-hazırda indeksə daxil olan kompaniyaların əksəriyyət bu sektora aid deyil. Əvvəlcə indeks əhatə etdiyi şirkətlərin səhmlərinin orta qiyməti kimi hesablanırdı.

Həmin dövrdə indeks özündə Amerikanın 12 sənaye kompaniyasının səhmlərinin orta qiymətini əks etdirirdi, indiki indeksdə bu şirkətlərdən yalnız General Electric təmsil olunur.

Faiz nisbətində şirkətin ən böyük uğursuzluğu 1987-ci ildə «qara bazar ertəsi» adlanan gündə baş vermişdir, bu zaman Dow Jones 22,6% itirmişdir. 11 sentyabr 2001-ci il terror aktlarından sonra isə indeks 7,1% itkiyə uğramışdır.

Son xəbərlər
Digər xəbərlər