7 C
Baku
Thursday, December 12, 2024

Dron istehsalçısı “Skydio” $1 mlrd. qiymətləndirmə ilə $170 mln. cəlb edib

Amerikanın dron istehsalçısı olan “Skydio” 1 milyard dollar qiymətləndirmə ilə 170 milyon dollar investisiya cəlb edib.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, “D” maliyyə raunduna “Andreessen Horowitz” fondu rəhbərlik edib.

Eyni zamanda, şirkətə “Lines Capital”, “Next47”, “IVP” və “UP.Partners” investisiya yatırıb.

Xatırladaq ki, “Skydio” ilk “R1” dronunu 2018-ci ildə təqdim edib – o, insan müdaxiləsi olmadan hədəfi izləyə bilir. 2019-cu ildə şirkət ikinci dronunu təqdim edib və qiymətini 999 dollara endirərək, video çəkiliş imkanlarını artırıb.

“TechCrunch” şirkətin tədricən istehlak bazarından korporativ seqmentə keçdiyini qeyd edir. 2020-ci ilin iyul ayında “Skydio” ilk “X2” dronunu təqdim edib.

Şirkət proqram təminatını inkişaf etdirmək üçün kommersiya müştəriləri və muzdlu işçilər üçün bir çox məhsullar yaradıb. “Skydio” kommunal xidmətlər, yanğınsöndürənlər və inşaat şirkətləri ilə əməkdaşlıq edir.

Dron bazarında “Skydio” “Sony”nin “Airpeak”, Çinin “DJI” və Avropanın “Parrot” şirkətləri ilə rəqabət aparır.

2020-ci ilin dekabrında “DJI” ABŞ-ın Ticarət Nazirliyi tərəfindən “qara siyahıya” salınıb. Şirkətə texnologiyalarını ixrac etmək qadağan edilib.

Son xəbərlər
Digər xəbərlər