Azərbaycan Respublikasında 2023-cü ilin ilk səkkiz ayında əhalinin nominal gəlirləri illik müqayisədə 14.3% artıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əhalinin nominal gəlirlərləri qeyd edilən müddət ərzində 50 milyard 861.1 milyon manat olub.
Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 13.6% artımla 5 013.3 manat olub.
Qeyd edək ki, ölkədə son ayda istehlak qiymətləri indeksi orta illik 11.7% olub.