Azərbaycanda əhalinin nominal gəlirləri 2023-cü ilin yanvar-may ayları üzrə 30 milyard 302.9 milyon manat olub.
Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.
Məlumata görə, ölkə əhalisinin nominal gəlirləri illik müqayisədə 14.7% artıb.
Əhalinin hər nəfərinə düşən nominal gəlirlər isə 2 989.1 manat təşkil edib.
Beləliklə, adambaşına düşən gəlirlər illik 14% artıb.
2023-cü ilin mayı üzrə orta illik inflyasiya 13.1% olub. Ərzaq inflyasiyası isə 15.8% təşkil edib.