10 C
Baku
Tuesday, November 26, 2024

DSK: Əhalinin nominal gəlirləri 20%-dən çox artıb

Azərbaycan Respublikasının əhalisinin nominal gəlirləri 2022-ci ilin yanvar-oktyabr ayları ərzində illik müqayisədə 20.2 faiz artıb.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Məlumata görə, əhalinin nominal gəlirlərinin həcmi 50 milyard 951.5 milyon manat olub.

Əhalinin hər nəfərinə düşən nominal gəlirlər hesabat dövründə illik müqayisədə 5 064.6  manat təşkil edib.

Qeyd edək ki, yanvar-oktyabr ayları üzrə orta inflyasiya 13.4% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər