11 C
Baku
Tuesday, November 26, 2024

DSK: Azərbaycan əhalisinin gəlirləri 14%, qiymətlər isə 12.7% artıb

2023-cü ilin yanvar-iyun  ayları ərzində əhalinin nominal gəlirləri 37 milyard 871.1 milyon manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Banker.az xəbər verir ki, bu da illik müqayisədə 14.7% artımdır.

2023-cü il 1 iyun tarixinə ölkə əhalisinin sayı 10 mln. 148.1 min nəfər olub.

Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 3 734.8 manat təşkil edib.

Bu da illik 14% artım deməkdir.

DSK-nın digər açıqlamasına görə, 2023-cü ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi illik müqayisıdə 12.7% artıb. Bildirilir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 15.1%, qeyri-ərzaq məhsulları üzrə 11.4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.5% təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər