Azərbaycan Respublikasının əhalisinin nominal gəlirləri 2023-cü ilin yanvar-fevral aylarında illik müqayisədə 15.2 faiz artıb.
Bbanker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əhalinin nominal gəlirlərinin həcmi 10 milyard 680.3 milyon manat təşkil edib.
Əhalinin hər nəfərinə düşən nominal gəlirlər illik müqayisədə 14.4 faiz artaraq 1 054.2 manat təşkil edib.
Əhalinin sayı 2023-cü il 1 fevral vəziyyətinə illik müqayisədə 0.6 faiz artaraq 10 milyon 131.4 min nəfər olub.
DSK-nin son məlumatına əsasən 2023-cü ilin yanvar-fevral aylarında orta illik inflyasiya (istehlak qiymətləri indeksi) 13.9 faiz təşkil edib.