18 C
Baku
Sunday, April 28, 2024

DSK: Azərbaycanda işsizlik səviyyəsi 5.51% səviyyəsinə düşüb

Azərbaycanda işsizlik səviyyəsi 5.51% səviyyəsinə qədər azalıb.

Banker.az bunu Dövlət Statistika Komitəsinin 2023-cü il sentyabrın 1-i üçün təqdim etdiyi göstəricilərə istinad edir.

İşsizlik səviyyəsi bir ay öncə 5.53%, ilin əvvəli isə 5.64% göstərilirdi.

Bildirilir ki, həmin tarix üzrə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5milyon 237.5 min nəfər olub, onlardan 4 milyon 948.9 min nəfərini məşğul əhali təşkil edib.

Beləliklə, 2023-cü il sentyabrın 1-də 288.6 min nəfər işsiz qeydiyyata alınıb. Bu bir ay öncə 289.1 min nəfər idi.

Cari il avqustun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 706.5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 891.7 min nəfər, qeyri-dövlət sektorunda isə 814.8 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31.6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 674.9 min nəfər çalışıb.

3247432726

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər