6 C
Baku
Sunday, December 15, 2024

DSK: İyunda Azərbaycanda işsizlik səviyyəsi 5.8%-ə düşüb

Azərbaycanda rəsmi statistikaya görə, işsizlik səviyyəsi bir qədər də azalıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 1 iyul 2022-ci il tarixinə ölkədə işsiz statuslu 308.2 nəfər insan olduğu açıqlanıb.

Bu da bir ay ərzində 5.1 min nəfər, yaxud 1.6% azalmadır.

Bununla da ölkədə işsizlik səviyyəsi son ayda 5.88%-dən 5.78%-ə qədər azalma yaşayıb.

2131231312

DSK qeyd edir ki, hesabat dövrünə olan ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 334.3 min nəfər olmaqla, onlardan 5 milyon 026.1 min nəfərini məşğul əhali təşkil edib.

Cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 706 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903.5 min nəfər, qeyri-dövlət sektorunda isə 802.5 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 30.9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 675.1 min nəfər çalışıb.

213123132331312313

İşsizliyin səviyyəsi- (Minilliyin bəyannaməsində əks olunmuş inkişaf göstəricilərindən) -işsizliyin tərifi müəyyən dövr ərzində işi olmayan, lakin işləməyə hazır olan və muzdla və ya özüməşğulluq üzrə iş axtarmaq üçün konkret addımlar atan adamların hamısını əhatə edir. İşçi qüvvəsi işə malik olan, həmçinin müəyyən dövr ərzində işə malik olmayan adamları özündə birləşdirir.

Məşğulluq – bu, konkret hesabat dövründə bu və ya digər gəlir gətirən iqtisadi fəaliyyət növündə iştirak edən və ya müvəqqəti olaraq iştirak etməyən adamdır. İqtisadi fəallıq haqqı ödənilməklə və ya gəlir əldə etmək məqsədi ilə, yaxud şəxsi ev təsərrüfatında istifadə üçün mal və xidmətlərin istehsalını əhatə edir.

Son xəbərlər
Digər xəbərlər