2023-cü ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 14.8 faiz artaraq 44.6 milyard manat olub.
Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.
Əhalinin hər nəfərinə düşən nominal gəlirlər isə orta hesabla 4393.6 manat olub.
Əhalinin sərəncamında qalan gəlirləri 39 306.9 milyon manat təşkil edib.