10 C
Baku
Friday, December 13, 2024

DSK: Ölkədə ÜDM istehsalı 6.2% artıb

2022-ci ilin yanvar-iyul aylarında ölkədə 74 155.2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6.2% çox ümumi daxili məhsul istehsal olunub.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda deyilir.

Hesabata əsasən, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.4% azalıb, qeyri neft-qaz sektorunda isə 9.9% artıb.

ÜDM istehsalının 52.9%-i sənaye, 7.7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6%-i nəqliyyat və anbar təsərrüfatı, 5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.8%-i tikinti, 1.4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.3%-i informasiya və rabitə sahələrinin, 14.3%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər
ÜDM-in 7.6%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 7 375.9 manata bərabər olub.

Son xəbərlər
Digər xəbərlər