Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs “Conco” QSC ilə 7.2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının inzibati binasının əsaslı təmir işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 7.167.998 manatdır.