2025-ci ilin yanvar-sentyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 480,76 mln. manat və ya 9,34% artıb.
Bu barədə Banker.az Fondun hesabatına istinadən xəbər verir.
DSMF bildirir ki, xərclərin 96,9%-ni əhaliyə ödənişlər təşkil edib.
2025-ci ilin yanvar-sentyabr aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 73,5 min vahid və ya 3,47% artaraq 2 188 mindən çox təşkil edib.
Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 11,9 min, fiziki şəxslər üzrə 58,3 min, torpaq mülkiyyətçiləri üzrə isə 3,3 min vahiddən çox artıb.
Dövlət Sosial Müdafiə Fondu — Azərbaycan Respublikasında sosial sığorta və pensiya sisteminin maliyyələşdirilməsi və idarə olunmasına cavabdeh olan dövlət qurumudur.
Fondun əsas vəzifəsi sosial sığorta haqlarının toplanması, pensiya və müavinətlərin ödənilməsi, həmçinin sosial müdafiə sisteminin dayanıqlığını təmin etməkdir.








