7 C
Baku
Thursday, December 12, 2024

DSMF-nın gələn il üçün xərcləri açıqlanı

“Gələn il Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 81,8 milyon manat nəzərdə tutulur”.dsm

Bunu 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir bildirib ki, ötən illə müqayisədə bu rəqəm 19,6 faiz yüksəkdir:

“Bu cari ilə nisbətən 13,4 mln. manat və ya 19,6% yuxarıdır. Bu sahədə xərc artımı əsasən Fondun aparatının saxlanılması istiqamətində proqnozlaşdırılıb. Belə ki, Fondun aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinin proqnozu 2017-ci il üçün 40 mln. manat və ya hazırkı ilə nisbətən 13 mln. manat çox nəzərdə tutulub.

Bu artım Prezident İlham Əliyevin bu ilin martın 18-də verdiyi fərmanla Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilməsi və ölkə başçısının 2016-ci il 24 iyun tarixli fərmanı ilə Dövlət Sosial Təminat Xidmətinin Dövlət Sosial Müdafiə Fonduna birləşdirilməsi nəticəsində aparılmış struktur dəyişikliyi ilə əlaqədar Fondun fəaliyyət sferasının genişlənməsi və işçi heyətinin sayının əhəmiyyətli dərəcədə artması ilə əlaqədardır.
Əgər Birləşməyə qədər fondun işçilərinin sayı 2700 nəfər idisə, hazırda bu göstərici 4790 nəfər təşkil edir. Gördüyünüz kimi bu artım işçilərin əmək haqlarının maliyyələşdirilməsinə yönəldiləcək”.

AzVision

Son xəbərlər
Digər xəbərlər