Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2021-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrünə nisbətən 2.21% (57 mln. manat) artaraq 2 mlrd. 614.2 mln. manat təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
DSMF gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar isə 7.88% (134,12 mln. manat) artaraq 1 mlrd. 836.85 mln. manat olub.
Daxilolmalara dair illik proqnoz büdcə təşkilatları üzrə 104.54%, qeyri-büdcə sektoru üzrə 114.42% icra edilib.