DSMF-nin xərcləri artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 6 ayında proqnozla müqayisədə 4 faiz və ya 131 mln. manat çox olmaqla 3 mlrd. 408 mln. manat təşkil edib.

Bu barədə DSMF-dən məlumat verilib.

Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 7 faiz və ya 187 mln. manat artaraq 2 mlrd. 763 mln. manat olub.

Yanvar-iyun aylarında DSMF-nin xərcləri 3 mlrd. 419 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 410 mln. manat çoxdur.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər