15 C
Baku
Friday, March 29, 2024

DTX əməliyyat keçirdi – Müasir İncəsənət Muzeyinin direktoru saxlanıldı

Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov DTX tərərfindən saxlanılıb.

Bu haqda Musavat.com-a mötəbər mənbədən məlumat daxil olub.

Əldə edilən məlumata görə, Xəyyam Abidinovun barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Xəyyam Abidinov həbs olunmazdan bir neçə gün öncə işdən çıxarılıb.

Xəyyam Abidinov mədəniyyət və incəsənət aləmində böyük nüfuza malik bir şəxs olub və onun fəaliyyəti dövlət səviyyəsində yüksək qiymətləndirilib.

Son xəbərlər
Digər xəbərlər