Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq həbs edilən Mədəniyyət Nazirliyinin şöbə müdiri İlkin Nəsibovun yerinə təyinat olub.
Nazir Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsi Elmir Ağayeva həvalə edilib. O, həmin şöbədə müdir müavini vəzifəsində çalışır.
Məlumata görə, Anar Kərimov sözügedən hadisələrdə nöqsanlara yol verən bir neçə vəzifəli şəxsi də işdən azad edib və bəzilərinə töhmət verib.
Məsələ ilə bağlı nazirliyin mətbuat xidmətindən sorğuya cavab olaraq Elmir Ağayevin şöbə müdirinin əvəzedicisi təyin edilməsi təsdiqlənib.
DTX-nin əməliyyatlarından sonra nöqsanlara yol verən bir neçə vəzifəli şəxsin işdən çıxarılması və bəzilərinə töhmət verilməsi barədə suala isə konkret cavab verilməyib.
Qeyd edək ki, İlkin Nəsibov Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (mənimsəmə və ya israf etmə) həbs edilib, nazir müavini Elnur Əliyev vəzifəsindən azad olunub.