11 C
Baku
Wednesday, December 11, 2024

DTX tərəfindən saxlanılan sabiq nazir müavini və xidmət rəisi barəsində 4 aylıq həbs qərarı verilib

Bu gün Səbail rayon Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində istintaq orqanın verdiyi təqdimata baxılıb.

Banker.az xəbər verir ki, APA-nın məlumatına görə, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub.

Hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

18:31

Mədəniyyət Nazirinin sabiq müavini Rafiq Abbasov, nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov məhkəməyə gətirilib.

APA-nın məlumatına görə, onlar Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı əsasında barələrində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə gətiriliblər.

Onlarla bağlı təqdimata hakim Şahin Abdullayev baxacaq.

Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Mədəniyyət Nazirliyində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar.

Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla Rafiq Abbasov və Zakir Sultanov vəzifələrindən azad edilib.

Son xəbərlər
Digər xəbərlər