16 C
Baku
Friday, November 22, 2024

“Dubay Ekspo 2020” çərçivəsində bərpa olunan enerji konfransı keçirilib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” mövzusuna həsr olunmuş “Dubay Ekspo 2020” ümumdünya sərgisi çərçivəsində Energetika Nazirliyi tərəfindən bərpa olunan enerji sahəsinə dair konfrans təşkil olunub.

Nazirlikdən Banker.az-a verilən məlumata görə, Azərbaycanda “yaşıl enerji” sahəsinə xarici sərmayələrin cəlb edilməsi məqsədilə keçirilən bu tədbirdə sərgidə iştirak edən investorlara ölkəmizin bərpa olunan enerji potensialı, sahə üzrə strateji hədəflər, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlər, özəl sektorla əməkdaşlıq üçün yaradılmış imkanlar haqqında məlumat verilib.

es1

 

Tədbirdə çıxış edən energetika nazirinin müavini Elnur Soltanov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında ölkəmizin yeni hədəflə çıxış edərək, 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faizədək  azaldılması ilə bağlı əlavə könüllü öhdəlik götürdüyü haqqında tədbir iştirakçılarını məlumatlandırıb və bildirib ki, strateji hədəflərin sırasında ölkəmizin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə bərpa olunan enerjinin payının növbəti onillik ərzində 30%-ə çatdırılmasının da yer alır. Qeyd edilib ki, 1500 meqavatlıq yeni istehsal güclərinin istismara verilməsini nəzərdə tutan bu hədəfə nail olmaq üçün müəyyənləşdirilmiş əsas prioritetlərdən biri bu sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlbidir.

es

Daha sonra Nazirliyin əməkdaşları işğaldan azad edilmiş ərazilərimizin “yaşıl enerji zonası” elan edildiyini, Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə bu zonanın yaradılması üzrə müfəssəl Konsepsiya layihəsinin hazırlandığını diqqətə çatdırıblar. “Yaşıl enerji”dən maksimum istifadə hədəfləri və planlarının özəl sektorla əməkdaşlıq üçün açılan imkanları genişləndirdiyi bildirilib.

zaur m

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi, BP, Acwa Power və Masdar şirkətlərinin nümayəndələri tərəfindən isə Azərbaycanda bərpa olunan enerji sahəsində mövcud investisiya mühiti haqqında təqdimatlar nümayiş olunub.

İki saat davam edən konfransdan sonra tədbir iştirakçıları ilə birlikdə 2000 kvadratmetrdən çox ərazini əhatə edən “Gələcəyin toxumları” adlı Azərbaycan pavilyonu ziyarət edilib, burada nümayiş olunan texnoloji güllər, beş rəqəmsal ağacdan ibarət texnoloji meşə, multifunksional interaktiv masa instalyasiyası və digər innovativ texnologiyalar vasitəsilə ölkəmiz haqqında məlumatlarla tanış olunub.

konfrans

Son xəbərlər
Digər xəbərlər