Azərbaycanda yeni holdinq təsis edilib.
Banker.az xəbər verir ki, yeni yaradılan holdinqin adı “MAK Holding” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Bu holdinqin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Mehdiyev Anar Ədalət oğludur.
“MAK Holding” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Ə.V, Mikayıl Mikayılov (Biləcəri qəs), ev.döngə 9 m.28. ünvanında fəaliyyət göstərəcək.
Bildirək ki, MAK Holding MMC müxtəlif sektorlar və iş sahələrində fəaliyyət göstərən bir inkişaf və investisiya holdinq şirkətidir. Ticarət və sənayedən kənd təsərrüfatına qədər MAK Holding, sərmayə çərçivəsini genişləndirdi və Dubay və BƏƏ-də fərqli sektorlara xidmət göstərən şirkətlər qurdu. Dubayda yerləşən MAK Holding BƏƏ-yə məxsusdur.