8 C
Baku
Friday, December 13, 2024

Dubay: neftdən turizmə doğru

Bu gün ki gündə Dubaya nəzər saldıqda onun bir neçə ildən sonra turistlərin əsas ziyarətgahına çevriləcəyini asanlıqla demək olar. İl boyu isti havanın hakim olduğu şəhərdə ən böyük qapalı xizək kurortu fəaliyyət göstərir. Bununla yanaşı şəhərdə sualtı otel, dünyada ən hündür tağ körpü, ən hündür göydələn, əsl “Yura dövrü parkı”, bir neçə möhtəşəm süni ada inşa edilməkdədir. Buraya gəlirlərə, fiziki şəxslərin gəlirlərini və daşınmaz əmlaka görə vergilərin tələb olunmamasını daxil etsək, onda Dubayı – əsl şərq cənnəti adlandırmaq olar.

Məlumdur ki, BƏƏ-nin iqtisadiyyatı neft əsasında ayaqda durur və əmirliyin bütün neft ehtiyatlarının 3%-i Dubay ərazisində yerləşir. Lakin Maktumi şeyxləri iqtisadiyyatın yalnızca neftlə bağlı qüvvədə olmaması gərəkdiyini başa düşərək bu situasiya ilə barışmaq istəmirdilər.

Buna görə də onlar Dubayı dünyanın ən yaxşı turistik kurort mərkəzinə çevirdilər.

Dubayı turistik mərkəzə çevirmək üçün keyfiyyətli xidmətlər təşkil etmək lazım idi. Aydındır ki, bunun üçün Avropa və ABŞ-dan olan sahibkarlara ehtiyac var idi. Bu sahibkarları isə bir vasitə ilə cəlb etmək olardı – gəlirə, daşınmaz əmlaka və fiziki şəxslərin gəlirinə görə vergilərdən azad etmək. Lakin bir müddətə qədər BƏƏ ərazisində əcnəbilər daşınmaz əmlak əldə edə bilmirdilər. Şeyx tezliklə Dubay ərazisində əcnəbilərin rahat əmlak əldə edə biləcəkləri ərazilər ayırdı.

dubai stolica kakoi strani

Sözsüz ki, şeyxlər tək vergilərlə kifayətlənmədi. Onlar həmçinin burada əyləncə mərkəzlərinin, otellərin və göydələnlərin inşa edilməsi üçün nəhəng sərmayələr yatırdılar. Belə ki, hazırda Dubayda Burj Dubai adlı dünyanın ən hündür göydələni inşa edilir. Bundan əlavə, Pentominium adlı ən hündür və rahat penthouse-un inşası da davam etməkdədir. Əcnəbilərin Dubayda daşınmaz əmlak əldə etmələri asanlaşdıq da məhz Donald Trump da burada özünün məşhur Trump Tower-ni yaratmağı qərara aldı.

Bürokratiyadan tam azadlıq, əla iqlim və vergiləri olmaması Dubaya ABŞ, Avropa və Rusiya biznesmenlərinin axınını sürətləndirdi. Onlar fəal olaraq bu cənnət guşəsi ərazisində daşınmaz əmlak əldə edirlər. Bura həmçinin Hindistan, Çin, Filippin və Pakistandan fəal olaraq miqrant işçilər gəlir və onlar işçi qüvvəsinin əhəmiyyətli bir hissəsini təşkil edirlər.

palm islands dubai

Beləliklə, hansı nəticəyə gəlmək olar? Çoxlu sayda insanı Dubaya cəlb edən səbəblər:

  • vergilərin olmaması;
  • biznesin aparılması zamanı bürokratiyanın olmaması;
  • sakit həyat tərzi;
  • yaxşı iqlim;

Bütün bunlar əladır. Lakin şəhəri turistik mərkəzə çevirmək üçün Dubay rəhbərləri nə edirlər? Birlikdə öyrənməyə çalışaq

Dünyanın 8-cı möcüzəsi – Dubayın palmalı adaları. Bu insan tərəfindən yaradılmış möhtəşəm yerlərdir. Bütün adalar sünidir. Gözlənilənlərə əsasən, yaradılması planlaşdırılan bütün adalar başa çatdıqda bu əraziyə daha 5 yüz kilometr qazandıracaq.

Qeyd etmək lazımdır ki, palma ağacını xatırladan bu adalar artıq Dubayın simvoluna çevrilib. Bu adalardan əlavə Dubay ərazisində dünya xəritəsini xatırladan yeni adalar layihəsi də yaradılıb.

%20

Yaxın illərdə Dubayda möhtəşəm “Hidropolis” adlı sualtı otel peyda olacaq. Təxminlərə əsasən bu oteldə bir gecəlik qonaq olmaq üçün 500 dollar ödəmək lazım olacaq. Sualtı oteldə otaqlardan əlavə əlbəttə ki, restoran, konsert üçün ərazi, bilyard və bir neçə klassik əyləncə məkanları da fəaliyyət göstərəcək. “Hidropolis” otelinin otaqlarının 20 metr dərinlikdə yerləşəcəyi gözlənilir.

Dubayda həmçinin tək romantik gecələr deyil, uşaqlarla da əyləncəli zaman keçirmək olar. Yaxın zamanlarda BƏƏ-də məşhur “Yura dövrü parkı” yaradılacaq. Bu animator dinozavrlarla bəzədilmiş geniş park olacaq. Bununla yanaşı, parkın yaradıcıları indiyədək görünməmiş reallıq yaradacaqlarına söz vermişlər. Bu park artıq yeni ilə kimi hazır olacaq. Bu da yeni ildə turistləri cəlb etməyin digər bir potensial üsuludur.

Son xəbərlər
Digər xəbərlər