8 C
Baku
Sunday, December 22, 2024

Dubayın otel idarəetmə şirkəti Azərbaycan bazarına gəlir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Royal Crown Hotel Management” MMC-ni qeydiyyata alıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Pakistan Respublikasının vətəndaşı Sindhu Nauman Sami-dir.

MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu ev 133 ünvanıdır.

Royal Crown HOTEL, müxtəlif mehmanxanaları və bütün mehmanxanaların idarə edilməsini təqdim edən aparıcı Otel idarəetmə şirkətidir və Dubayda yerləşir.

Son xəbərlər
Digər xəbərlər