6 C
Baku
Saturday, December 14, 2024

Dünya əhəmiyyətli banklar: sistem əhəmiyyətli maliyyə təşkilatları elan edildi

Amerikanın Citi və JPMorgan bankları HSBC bankını liderlik pilləsindən endirərək sistemli şəkildə əhəmiyyətə malik bankların siyahısına başçılıq edir. Siyahı G20 forumunun maliyyə sabitliyi şurası tərəfindən təşkil edilib.
2007-2009-cu illərin böhranından sonra G20 şurası belə qərara gəldi ki, iflası qlobal bazarda kollaps yarada biləcək aparıcı banklar mütləq olaraq əlavə kapitala sahib olmalıdır. Bu kapitalın həcmi isə iflasa uğrayan bankın maliyyə sisteminə vura biləcəyi zərər səviyyəsində olmalıdır.
30 əhəmiyyətli bankdan ibarət olan siyahının iştirakçıları keçən ilki banklardır, lakin onlar sadəcə tutduqları pillələri dəyişmişlər.
Siyahıya müxtəlif ölkələrdən maliyyə təşkilatları daxil olub:
— Almaniya (Deutsche Bank)
— Çin (Çin bankı)
— Fransa (BNP Paribas)
— Böyük Britaniya (Barclays)
— İsveçrə (Credit Suisse)
— Yaponiya (Mitsubishi UFJ FG)
— Hollandiya (ING Bank)
— İsveç (Nordea)
— İspaniya (Santander)
— İtaliya (UniCredit Group)
Ən əhəmiyyətli bankların əksəriyyətinin yerləşdiyi ölkə isə ABŞ-dır: JP Morgan, Citigroup, Goldman Sachs, Bank of America, Wells Fargo, Morgan Stanley, Bank of New York Mellon и State Street.

Son xəbərlər
Digər xəbərlər