Dünya Bankı 2019-cu ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) artımını 3,6% səviyyəsində proqnozlaşdırır, bu da iyun ayının proqnozundan 0,2 faiz bəndi azdır (Əvvəlki 3,8%).
Banker.az bildirir ki, bankın saytında dərc olunan yanvar ayının “Global Economic Prospects” icmalına əsasən, 2020-ci ildə Azərbaycanda ÜDM-in artımı 3,3% təşkil edəcək, bu da öz növbəsində iyun ayının proqnozundan 0,1 faiz bəndi çoxdur.
DB 2021-ci ildə Aərbaycanda iqtisadi artımı 2,7% səviyyəsində proqnozlaşdırır.
“Maliyyə sektorunda stabilləşmə və neftin qiymətinin nisbətən artımı 2018-ci ildə Azərbaycan iqtisadiyyatının tədricən bərpasına səbəb olub. Ölkə iqtisadiyyatının dəstəklənməsi məqsədilə fiskal tədbirlərə ümid etməkdə davam edir. Bundan əlavə, Azərbaycan manatının məzənnəsinin stabilləşməsi inflyasiyanın azalması və pul-kredit siyasətinin yumşaldılmasına gətirib”, – icmalda qeyd edilir.
Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycan hökuməti ÜDM-in artımını 3,6%, 2020-ci ildə – 3,8%, 2021-ci ildə – 3,6% səviyyəsində olacağını gözləyir.
2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ÜDM-in artımı 1,3%, orta illik inflyasiya – 2,3% təşkil edib.
© İnterfaks-Azərbaycan