-1 C
Baku
Sunday, December 15, 2024

Dünya Bankı Azərbaycan üzrə inflyasiya proqnozunu açıqlayıb

Dünya Bankı bu il Azərbaycanda istehlak qiymətləri indeksinin artımının (inflyasiya) 3,9% səviyyəsində olacağını proqnozlaşdırır.

Bu barədə Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatında deyilir.

Banka görə, ölkədə yanacağın bahalaşması və tələbatın bərpa olunmağa başlaması inflyasiyanın səviyyəsini orta müddətdə artıracaq.

Qeyd edək ki, Dünya Bankı 2022-ci ildə ölkədə inflyasiyanın 3,2%, 2023-cü ildə isə 3% təşkil edəcəyini proqnozlaşdırır.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda inflyasiya 2,8% təşkil edib. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair sonuncu mətbuat konfransında ölkədə inflyasiyanın 2021-ci ildə 4% diapazonunda formalaşacağını bildirmişdi.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər