10 C
Baku
Thursday, December 12, 2024

Dünya Bankı Azərbaycanın 2025-ci ilə kimi iqtisadi artım proqnozunu yeniləyib

Dünya Bankı (DB) 2023-cü ildə Azərbaycanın real ümumdaxili məhsulunun (ÜDM) artımı ilə bağlı proqnozunu açıqlayıb.

Bu barədə Dünya Bankının hesabatında bildirilib. Dünya Bankına görə, bu il Azərbaycanda iqtisadiyyatın artımı 2.2% təşkil edəcək. Bu isə Dünya Bankının 2023-ci ilin yanvar proqnozu ilə müqayisədə 0.6% azdır.

Dünya Bankı həmçinin, 2024-cü ildə Azərbaycan iqtisadiyyatının ötən proqnoza nisbətən 0.1% az, yəni 2.1% artacağını müəyyən edib. Hesabata görə, 2025-ci ildə isə Azərbaycanda real ÜDM-in artımı 2.6%-ə yüksələcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər